Vergi ödəyicilərinin 8 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları ilə İmişli şəhərində keçirilmiş görüşündə Vergi Məcəlləsinə və sosial sığorta sahəsində qanunvericiliyə edilmiş dəyişikliklər, ölkə Prezidentinin sərəncamına əsasən minimum aylıq əməkhaqqının artırılması və elektron qaimə-fakturanın tətbiqi kimi məsələlər ətrafında müzakirələr aparılıb. Vergi ödəyicilərinin fəal iştirakı ilə keçirilmiş görüşdə ciddi maraq doğuran məqamlara aydınlıq gətirilib, izah tələb edən məsələlər misallar əsasında əyaniləşdirilib. Vergi ödəyiciləri bu cür görüşlərin praktiki faydasının yüksək olduğunu bildiriblər.