Avqustda orta hesabla 1 ailəyə ödənilən ÜDSY-nin məbləği artaraq 262,5 manata çatıb

2021.09.02 10:45 (UTC+04:00)

Cari ilin avqust ayında orta hesabla 1 ailəyə ödənilən Ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği artaraq 233,4 manatdan 262,5 manata çatıb.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz artım deməkdir.