Gürcüstan dizelə olan tələbatın 18,1 faizini Azərbaycandan təmin edib

2021.09.01 17:27 (UTC+04:00)

Cari ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 114,3 min ton dizel yanacağı idxal edib. Bu da ötən illə müqayisədə 300 ton artım deməkdir.

Bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən məlumat verilib.

Bildirilib ki, hesabat dövründə Gürcüstanın dizel yanacağına olan tələbatının 18,1 faizini Azərbaycan təmin edib.

Yeddi ayda qonşu ölkənin tədarük etdiyi benzin və dizel yanacağının ümumi həcmi 631,4 min ton olub. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 23,1 min ton və 3,8 faiz çoxdur.

Qeyd edək ki, Gürcüstanın əsas yanacaq idxalçıları sırasında Türkmənistan birinci, Rumıniya ikinci, Rusiya isə üçüncü yerdə qərarlaşıb.