İyulda qeyri-neft məhsullarının ixracı olunduğu ölkələr sırasında Rusiya birinciliyə yüksəlib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust sayında bildirilir ki, cari ilin yanvar-iyul ayları ərzində Rusiyaya 467,9 milyon, Türkiyəyə 359,3 milyon, İsveçrəyə 129,5 milyon, Gürcüstana 94 milyon və ABŞ-a 33,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2021-cu ilin iyul ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (64 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (49,9 milyon ABŞ dolları) və Gürcüstan üçüncü (13,9 milyon ABŞ dolları) olub.