Cari ilin iyul ayında xarici vətəndaşların ölkəmizdə bank kartları vasitəsilə apardıqları əməliyyatların həcmi 95,1 milyon manat təşkil edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust sayında bildirilib.
Qeyd edilib ki, yeddi ayda xarici vətəndaşların ölkəmizdə bank kartları vasitəsilə apardıqları əməliyyatların həcmi isə 288,2 milyon manat olub.