Özünüməşğulluq proqramına qoşulan daha 400 nəfərə yaxın şəxs peşə təlimlərinə cəlb edilib

2021.08.31 16:27 (UTC+04:00)

Avqust ayında Gəncə Peşə Hazırlığı Mərkəzində özünüməşğulluq proqramına qoşulan 400 nəfərə yaxın işsiz vətəndaş peşə təlimlərinə cəlb edilib.

Dövlət Məşğulluq Agentliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimlərdə kənd təsərrüfatı (maldarlıq təsərrüfatı, qoyunçuluq təsərrüfatı, keçiçilik, arıçılıq) eləcə də istehsal və xidmət (kiçik dərzi sexi, qadın gözəllik salonu, kişi bərbərxanası, avtoçilingər, avtotəmizləmə xidməti, PVC qapı və pəncərə istehsalı, dəmirçi sexi) sahələri üzrə öz kiçik bizneslərini qurmaq istəyən şəxslərə həmin sahələrlə bağlı nəzəri məlumatlar verilib.

Qeyd edək ki, təlimlər başa çatdıqdan sonra seçdiyi istiqamət üzrə öz biznes planını uğurla müdafiə edən şəxslər özünüməşğulluq proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq aktivlərlə təmin ediləcəklər.