Yanvar-iyul aylarında ixrac edilən qeyri-neft məhsulları siyahısında pambıq mahlıcı birinci olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust sayında bildirilir ki, cari ilin yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (133,8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (128,2 milyon ABŞ dolları) ikinci, qızıl isə üçüncü (116,9 milyon ABŞ dolları) yerdə qərarlaşıb.
2021-ci ilin iyul ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında ilkin formalı polipropilen (15 milyon ABŞ dolları) birinci, azot gübrələr (12,7 milyon ABŞ dolları) ikinci və şaftalı (12,2 milyon ABŞ dolları) üçüncü olub.