“Azexport.az” portalına 283,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub

2021.08.31 15:48 (UTC+04:00)

Cari ilin yanvar-iyul aylarında “Azexport.az” portalına 283,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust sayında bildirilir ki, bu ilin iyul ayında “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 47 milyon ABŞ dolları təşkil edib. İyulda “Azexport.az” portalına ən çox ixrac sifarişi pambıq mahlıcı, toyuq əti, tütün, çay, pambıq toxumu, noxud, nar şirəsi, meyvə tamlı süd, tikinti materialı, toyuq yumurtası, çay, şərab, bitki yağı, biyan kökü, şirniyyat, tibbi zəli və sair mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin iyulun 31-nə kimi (55 ay ərzində) “Azexport.az” portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,5 milyard ABŞ dolları təşkil edib.