Cari ilin ilk 7 ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 71,4 milyon manat vəsait ödənilib.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, bununla da ötən ilin müvafiq dövrü ilə müqayisədə13,9 milyon manat və ya 24,2 faiz daha çox vəsait xərclənib.
Bura hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, uç yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar və dəfn üçün nəzərdə tutulan müavinətlər daxildir.