Yanvar-iyul ayları ərzində 16493 nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb

2021.08.30 11:20 (UTC+04:00)

Cari ilin yanvar-iyul ayları ərzində 16493 nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, onların 56,2 faizini kişilər, 43,8 faizini isə qadınlar təşkil edib.