Çin ƏDV-nin dərəcəsini aşağı salır

2019.03.18 13:17 (UTC+04:00)

Ölkədə aprelin 1-dən əlavə dəyər vergisinin (ƏDV) dərəcəsi, mayın 1-dən isə sosial sığorta ödəmələrinin həcmi azaldılacaq. Bu barədə mətbuat konfransında açıqlama vermiş Çin Xalq Respublikası Dövlət Şurasının sədri Li Ketsyan deyib: "Bu il vergi yükünün əhəmiyyətli şəkildə azaldılması ilə bağlı qərar qəbul olunub. ƏDV-nin dərəcəsinin və sosial sığorta ödəmələrinin aşağı salınması vergi yükünün 2 trilyon yuan (298 milyard dollar) azaldılmasına şərait yaradacaq. Bu, iqtisadiyyata mənfi təsir göstərən təzyiqə qarşı mübarizədə mühüm addımdır". Hökumətin planına əsasən, ƏDV-nin dərəcəsi emal sənayesi üzrə 16 faizdən 13 faizə, nəqliyyat və daşımalar, tikinti və digər sektorlar üzrə isə 10 faizdən 9 faizə salınacaq.