Dünya birjalarında neft qiymətləri bahalaşır.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,63 dollar artaraq 72,70 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,32 dollar bahalaşaraq 68,74 dollar olub.