Azərbaycanda əhalinin gəlirləri artıb

2019.03.18 12:19 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin gəlirləri ötən ilin eyni dövrünə nisbətən nominal ifadədə 5,1 faiz artaraq 7 milyard 619,7 milyon manata çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlir də illik müqayisədə 4,2 faiz artıb. Fevralda bir nəfərə düşən aylıq gəlir 772,2 manat təşkil edib.