Aİ Avropaya ixrac edilən bəzi mallar üçün əlavə vergi tətbiq edəcək
2021.08.30 13:53 (UTC+04:00)
Avropa İttifaqının (Aİ) “İqlim qanunu” çərçivəsində hazırlanmış "Fit for 55" paketi Avropa ölkələrinə ixrac olunan bir sıra mallara əlavə gömrük vergisinin tətbiqini nəzərdə tutur. Yeni vergi ilk mərhələdə dəmir-polad, sement, gübrə, alüminium və elektrik sektorlarını əhatə edəcək.
Qeyd edək ki, Avropa Komissiyası tərəfindən ekoloji mülahizələrlə hazırlanmış "Fit for 55" qanun layihəsi paketi Aİ-nin ilk “İqlim qanunu”nda qarşıya qoyulmuş hədəflərə çatmaq məqsədi daşıyır. Bu layihəsi ilə Aİ-yə ixrac edilən mallara əlavə vergi gətirən “Sərhəddə karbon tənzimləmə mexanizmi” yeni iqlim siyasətləri qarşısında Avropa sənayeçilərinin rəqabət gücünü qoruya bilməsinə yönəldilib. Bu addımın atılmasının Aİ-yə daxil olmayan Türkiyə iqtisadiyyatına mənfi təsirinin olacağı gözlənilir.