Balaxanı Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

2021.08.27 19:01 (UTC+04:00)

Balaxanı Sənaye Parkında sayca 23-cü rezident - "Zəfər işığı” MMC qeydiyyata alınıb.

"Zəfər işığı” MMC il ərzində 5,4 milyon ədəd led lampaların istehsalını nəzərdə tutur. Layihənin ümumi investisiya dəyəri 1 mln. manata yaxındır. 1000 m2 istehsalat sahəsinə malik olan müəssisədə 20 daimi iş yeri yaradılacaqdır.

Qeyd edək ki, Balaxanı Sənaye Parkının 23 rezidentindən 16-sı artıq fəaliyyət göstərir və 800-ə yaxın daimi iş yeri yaradılıb. Sənaye Parkının fəaliyyətində əsas məqsəd kiçik və orta sahibkarlara əlverişli biznes mühitinin yaradılması ilə yanaşı, məhsulların təkrar istifadəsi, emalı və resirkulasiyasına təkan verməkdir.