Qeyri-neft-qaz məhsullarının ixracı 14 faiz artıb

2021.08.27 17:31 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə faktiki qiymətlərlə 27,4 faiz, real ifadədə 14 faiz artaraq 1 milyard 162,4 milyon dollara bərabər olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,7 faiz), Türkiyəyə (26,6 faiz), İsveçrəyə (10,1 faiz), Gürcüstana (6,9 faiz), ABŞ-a (2,6 faiz), Çinə (1,8 faiz), Ukraynaya (1,8 faiz), Türkmənistana (1,5 faiz), Qazaxıstana (1,3 faiz), Özbəkistana (1 faiz), İrana (0,9 faiz), Birləşmiş Krallığa (0,8 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.