Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir artıb

2021.08.27 17:10 (UTC+04:00)

Cari ilin yanvar-iyul aylarında əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz artaraq 4161,1 milyon manat olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3184,2 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,5 faizini təşkil edib. Cari ilin yanvar-iyul aylarında hər bir ölkə sakini orta hesabla 415,6 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 29,8 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.