Yeddi ayda 528,2 milyon manat məbləğində sığorta haqqı toplanılıb

2021.08.27 16:40 (UTC+04:00)

Yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 528 milyon 258 min manat məbləğində sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, hesabat dövründə sığorta şirkətləri 301 milyon 179 min manat ödəniş həyata keçiriblər.