“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 443-ə çatıb

2021.08.27 11:33 (UTC+04:00)

“Məşğulluq marafonu”na qoşularaq şəhidlərin ailə üzvlərinin, Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək göstərən işəgötürənlərin sayı artıq 443-ə çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başlanılan marafonda iştirak edən həmin işəgötürənlərin 226-sı dövlət, 217-si özəl müəssisələrdir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlar tərəfindən marafona 2003 vakansiya təqdim edilib. Həmin vakansiyalar üzrə işlə təmin olunanların sayı da 543-ə çatıb. Onlardan 439-u qazi, 104-ü şəhid ailəsi üzvləridir. Hazırda vakansiyalar üzrə işlərə göndərişlərin verilməsi prosesi davam edir.

Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!