Cari ilin iyul ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 7.071 vahid və ya 0,4 faiz artaraq, 1,69 milyon vahid təşkil edib.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 860 vahid, fiziki şəxslər üzrə 5.820 vahid, torpaq mülkiyyətçiləri üzrə isə 391 vahid artıb.