İyulda dəmir yolu ilə 267,7 milyon dollarlıq yük daşınıb

2021.08.26 18:16 (UTC+04:00)

İyulda dəmir yolu nəqliyyatı ilə ümumilikdə 565 min 91 ton yük daşınıb ki, bu yüklərin dəyəri 267,7 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, keçən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 361 min 104 ton yükün dəyəri 141,3 milyon dollar təşkil edib.

Eyni dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 203 min 958 ton, dəyəri isə 126,4 milyon dollar olub.