Belarus prezidenti ölkəsində vergi daxilolmalarının artımından razıdır

2021.08.27 13:57 (UTC+04:00)

Belarusda dövlət büdcəsinin dolması bütün gözləntilərdən yüksək olub. Prezident Aleksandr Lukaşenko vergi və yığımlar nazirini və dövlət nəzarəti komitəsinin sədrini qəbul edərkən bu barədə məlumat verib: “Mənim sizi buraya dəvət etməkdə məqsədim sizin fəaliyyət sahənizə daxil olan məsələləri nəzərdən keçirməkdir. Çoxları başlayacaqlar ki, büdcədə pul olmadığına görə vergilərdən danışırıq. Bu bizim özündənrazı etirazçılarımızın adi bəyanatlarıdır. Əsla onların dedikləri kimi deyil. Təəccübləndirici olsa da, büdcə bizim düşündüyümüzdən daha yaxşı formalaşır”, - prezident qeyd edib.
Vergiləri ödəməyin “müqəddəs iş” olduğunu vurğulayan A.Lukaşenko vergi qanunvericiliyin pozulduğuna görə ən dəhşətli cəzalar tətbiq edən ölkələrin təcrübəsini xatırladaraq deyib: “Demoratik adlandırılan ABŞ və digər ölkələrdə vergilərin ödənilməməsi bir nömrəli cinayətdir. Bəlkə buna görə onlar varlı dövlətlərdir. Çünki orada kim olur-olsun heç kəs vergiləri necə ödəməmək, vergi qanunvericiliyini pozmaq barədə belə düşünmür. Vergilərini əvvəlcədən ödəyirlər ki, onlara irad tutan olmasın”.