Azərbaycandan ixracın 9,1 faizi avtomobil nəqliyyatı ilə daşınıb

2021.08.26 14:47 (UTC+04:00)

Yanvar-iyun aylarında Azərbaycandan ixrac olunan məhsulların 9,1 faizi avtomobil nəqliyyatı ilə göndərilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ixrac edilən məhsulların 4,9 faizi dəmir yolu, 1,5 faizi hava, 0,6 faizi isə dəniz nəqliyyatı ilə daşınıb.