Yanvar-iyul aylarında Azərbaycanda 1 milyon 458,7 min ton dizel yanacağı, 690,1 min ton avtomobil benzini, 247,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 291,3 min ton ağ neft, 25,5 min ton yanacaq mazutu, 30,6 min ton sürtkü yağları, 197,1 min ton neft bitumu və 153,7 min ton neft koksu istehsal olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 7 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 417 milyon manat olmaqla ötən ilin eyni ayları ilə müqayisədə 8,5 faiz artıb.
Sürtkü yağlarının istehsalı 88,9 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 55,4 faiz, neft koksunun istehsalı 21,1 faiz, neft bitumunun istehsalı 14,3 faiz, dizel yanacağının istehsalı 11,9 faiz, ağ neftin istehsalı 3,9 faiz artıb.
Avtomobil benzininin istehsalı 3,6 faiz, yanacaq mazutunun istehsalı isə 39 faiz azalıb.