Birjalarda neft qiymətləri

2021.08.26 10:41 (UTC+04:00)

Dünya birjalarında neft qiymətləri ucuzlaşır.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,27 dollar azalaraq 71,98 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,38 dollar ucuzlaşaraq 67,98 dollar olub.