Debet və kredit kartları vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi açıqlanıb

2021.08.25 17:59 (UTC+04:00)

Yanvar-iyul aylarında Azərbaycanda debet və kredit kartları vasitəsilə 5,194 milyard manat həcmində nağdsız ödənişlər həyata keçirilib.

Mərkəzi Bankdan bildirilib ki, sözügedən nağdsız ödənişlərin 316 milyon manatı ATM-lər, 2,105 milyard manatı POS-terminallar, 2,773 milyard manatı isə elektron ticarət vasitəsilə aparılıb.

İyulda 881 milyon manatlıq nağdsız ödənişlər həyata keçirilib. Nağdsız ödənişlərin 59 milyon manatı ATM-lər, 341 milyon manatı POS-terminallar, 481 milyon manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.