Azərbaycan banklarının kredit qoyuluşu 15,3 milyard manat olub

2021.08.25 15:28 (UTC+04:00)

Avqustun 1-nə Azərbaycan banklarının kredit qoyuluşu 15 milyard 367,7 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, kredit qoyuluşunun 12 milyard 093 milyon manatı özəl bankların payına düşüb. Dövlət banklarının kredit qoyuluşu isə 2 milyard 873,5 milyon manat olub.