Yeddi ayda dəmir yolu ilə 3,7 milyon ton yük daşınıb

2021.08.25 14:39 (UTC+04:00)

Yanvar-iyul aylarında dəmir yolu nəqliyyatı ilə 3 milyon 754,6 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 624 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyard 700,5 min ton yükün dəyəri 572,4 milyon dollar təşkil edib.

Qeyd edilən dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 2 milyon 54 min ton, dəyəri isə 1 milyard 51,6 milyon dollar olub.