Avqustun 25-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50102990S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 20 investor tərəfindən qiyməti 99,5543 AZN (5,76 faiz) olan 24 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyard 66 milyon 813 min 500 manat olub. AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99,5543 AZN (5,76 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil edib. Notlar sentyabrın 22-də ödəniləcək.