İndiyədək “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən 569 milyon ton neft ixraca göndərilib

2021.08.24 17:39 (UTC+04:00)

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən bu il avqustun 1-dək təqribən 569 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən bildirilib ki, AÇG-dən 537 milyon ton xam neft, “Şahdəniz”dən isə 32 milyon tondan çox kondensat çıxarılıb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il avqustun 1-dək isə təqribən 569 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.