Azərbaycanın xaricə təbii qaz satışı 35 faiz artıb

2021.08.24 14:55 (UTC+04:00)

Cari ilin ilk 7 ayında Azərbaycandan xaricə təbii qaz satışı təxminən 10,4 milyard kubmetr təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 35 faiz çoxdur.

Energetika Nazirliyindən bildirilib ki, bu ilin yanvar-iyul aylarında Türkiyəyə təqribən 5,2 milyard kubmetr, Avropaya təqribən təxminən 4 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac edilib.

Həmin dövrdə “Bakı-Tbilisi-Ceyhan” boru kəməri sisteminə 58,4 milyon kubmetr qaz verilib.