Avqust ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib

2021.08.24 13:55 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.