Cari ilin iyulunda Azərbaycana idxal olunan avtomobillərin sayı 7731 ədəd, dəyəri isə 77 milyon 28 min ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, keçən ay ölkəyə gətirilən avtomobillərin 4-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 7307-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 404-ü yük daşımaq üçün, 16-sı isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.