Cari ilin iyul ayında ailə başcısını itirməyə görə 180 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, onlardan 131 min nəfərdən çoxu pensiya, 48 min nəfərdən çoxu isə müavinət alıb.