Strateji valyuta ehtiyatları beynəlxalq kifayətlilik normalarını üstələməkdə davam edir

2021.08.23 18:34 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında ölkənin strateji valyuta ehtiyatları qəbul edilmiş beynəlxalq kifayətlilik normalarını üstələməkdə davam edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.

2021-ci ilin iyun ayının sonuna ölkənin strateji valyuta ehtiyatları 41 aylıq mal və xidmət idxalına kifayət edib (2020-nin yekunu üzrə mal və xidmət idxalı götürülməklə). Strateji valyuta ehtiyatları manatla pul kütləsini (M2) 4,2 dəfə üstələyib (01.07.2021 tarixinə olan M2 pul aqreqatı götürülməklə).