“Avropa İttifaqının (Aİ) irəli sürdüyü ekoloji vergi Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ziddir və vicdansız rəqabətə yol aça bilər”, - Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “Yedinaya Rossiya” (“Vahid Rusiya”) partiyasının nümayəndələri ilə görüşdə demişdir.
“Kommersant” qəzetinin yazdığına görə, V.Putin bu verginin Rusiyaya qarşı yönəldildiyini bildirib. “Bu vergi ayrı-ayrı ölkələrə, eləcə də bizə qarşıdır. Verginin tətbiqi irəli sürülərkən bizim rəqabət üstünlüklərimiz, o cümlədən malik olduğumuz təbii sərvətlər və enerji ehtiyatları sahəsindəki üstünlüklərimiz nəzərdə tutulub”, - Rusiya Prezidenti qeyd edib.