Topdansatış ticarət dövriyyəsi 23,1 faiz artıb

2021.08.23 16:21 (UTC+04:00)

2021-ci ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə topdansatış ticarət dövriyyəsi faktiki qiymətlərlə 23,1 faiz artaraq 15 milyard 400,9 milyon manata bərabər olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ticarət dövriyyəsinin 30,5 faizini ərzaq məhsullarının, 10,2 faizini içkilər və tütün məmulatlarının, 21,2 faizini əczaçılıq məhsulları və tibbi ləvazimatların, 9,8 faizini toxuculuq məhsulları, geyim və ayaqqabıların, 9 faizini yanacaqların, 1,4 faizini kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 1 faizini elektrik malları və mebellərin, 16,9 faizini isə digər qeyri-ərzaq mallarının dəyəri təşkil edib.