İyulda dəniz nəqliyyatı ilə 47,3 milyon dollarlıq yük daşınıb

2021.08.23 11:41 (UTC+04:00)

İyulda dəniz nəqliyyatı ilə ümumilikdə 78 min 662 ton yük daşınıb ki, bu yüklərin dəyəri 47,3 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ötən ay dəniz nəqliyyatı ilə ixrac olunan 44 min 391 ton yükün dəyəri 17 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 34 min 271 ton, dəyəri isə 30,3 milyon dollar olub.