Ötən ay avtomobil nəqliyyatı ilə ölkədən 166,4 min ton yük göndərilib

2021.08.23 11:28 (UTC+04:00)

İyulda Azərbaycandan avtomobil nəqliyyatı ilə 166 min 416 ton yük ixrac olunub.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ötən ay ərzində bu nəqliyyat növü ilə ölkəyə idxal olunan yüklərin həcmi isə 226 min 557 ton olub.