İyul ayında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 20,7 min nəfər artıb

2021.08.23 12:33 (UTC+04:00)

Cari ilin iyul ayında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 20,7 min nəfər və ya 0,47 faiz artıb.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, 2021-ci ilin 1 avqust tarixinə uçota alınmış sığortaolunanların sayı 4,5 milyon nəfər təşkil edib.