Neft məhsullarının ixracı artıb

2021.08.21 12:45 (UTC+04:00)

Yanvar-iyul aylarında ölkədən 861,6 min ton xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha çox olan məhsullar ixrac edilib. İxrac edilən məhsulların dəyəri isə 393,7 milyon ABŞ dollarından çox olub.

Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

Xatırladaq ki, 2020-ci ilin müvafiq aylarında Azərbaycandan 705,7 min ton çox neft məhsulları ixrac edilmiş, həmin ixracın dəyəri 194,4 milyon dollar olmuşdu.