Yeddi ayda satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 27,6 milyard manat olub

2021.08.21 11:42 (UTC+04:00)

Cari ilin yanvar-iyul aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 27,6 milyard manat olmaqla 2020-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,9 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2,6 faiz artaraq 26,5 milyard manata bərabər olub. Onun 47,4 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 393,1 manat və ya 2020-ci ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 25,7 manat çox vəsait xərcləyib.