Pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin istiqamətlər üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 4,4 faiz və ya 148,8 milyon manat çox olmaqla, 3,5 milyard manat vəsait ödənilib.