Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb

2021.08.20 15:58 (UTC+04:00)

Yanvar-iyul aylarında mədənçıxarma sənayesinin əsas məhsul növlərindən sayılan qiymətli metal filizləri və konsentratlarının istehsalı 4844,7 kiloqram olub.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 107,4 faiz artıb.

Avqustun 1-nə olan vəziyyətə əsasən, 450,7 kiloqram hazır məhsul ehtiyatı qalıb.