2021-ci ilin yanvar-iyul aylarında dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən bərpa templəri vergi və sosial sığorta daxilolmalarının artımına səbəb olub.
Dövlət Vergi Xidmətindən bildirilib ki, həmin dövr ərzində xidmətin xəttilə dövlət büdcəsinə 5 milyard 273,7 milyon manat vergi daxil olub və proqnoza 126,2 faiz əməl edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 14,2 faiz və ya 655,9 milyon manat artıb.