Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 11,1 faiz artıb

2021.08.19 14:10 (UTC+04:00)

Cari ilin 7 ayında qeyri-neft-qaz sektorundan daxilolmalar 3 milyard 813,2 milyon manat olub, proqnoza 119,7 faiz əməl edilib.

Dövlət Vergi Xidmətinin məlumatına əsasən, dövlət büdcəsinə proqnozdan əlavə 628,1 milyon manat daxil olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 11,1 faiz və ya 382,2 milyon manat artıb.

Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə cəmi vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz artaraq 2 milyard 926,8 milyon manat təşkil edib. Regionlar üzrə daxilolmalar 549,4 milyon manat olmaqla, proqnoza 118,3 faiz icra edilib, ötən illə müqayisədə bu mənbədən daxilolmalar 4,8 faiz artıb.

Ümumilikdə, ödənilən vergilərin 72,3 faizi qeyri-neft-qaz sektorunun, 27,7 faizi isə neft-qaz sektorunun payına düşüb.