Amerikalı aktyor, kinorejissor və prodüser Nikolas Keycə aid malikanə 6 milyon dollara satılıb.
N.Keyc ABŞ-ın Las-Veqas şəhərindəki malikanəni 2006-cı ildə 8,5 milyon dollara almışdı. 2009-cu ildə 14 milyon dollar məbləğində vergini ödəməkdən yayındığına görə onun evini əlindən almışdılar. Məşhur aktyor o vaxtdan bəri evini geri almağa səy göstərsə də, buna nail ola bilməmişdi.
Evin yeni sahibinin adı hələ açıqlanmayıb.