Meyvə-tərəvəz idxalında artım olub

2021.08.19 13:03 (UTC+04:00)

Cari ilin yanvar-iyul aylarında ölkəyə 223,6 min ton meyvə-tərəvəz idxal olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, idxal edilən meyvə-tərəvəzin dəyəri 128,2 milyon dollar təşkil edib.

Xatırladaq ki, ötən ilin eyni dövründə 124 milyon dollarlıq 206,1 min ton meyvə-tərəvəz idxal olunub.