Altı ayda 100 milyon manatlıq dövlət istiqrazları dövlət qeydiyyatına alınıb

2021.08.19 11:42 (UTC+04:00)

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim olunmuş məlumatlara görə, cari ilin yanvar-iyun aylarında ölkədə 3 milyard 470 milyon manat dəyərində Mərkəzi Bankın notları, 541,4 milyon manat dəyərində səhmlər, 145,6 milyon manat dəyərində korporativ istiqrazları, 100 milyon manat dəyərində dövlət istiqrazları dövlət qeydiyyatına alınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövr ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda 3 milyard 397,2 milyon manatlıq Mərkəzi Bankın notları, 1 milyard 103,7 milyon manatlıq dövlət istiqrazları, 184,6 milyon manatlıq səhmlər və 128 milyon manatlıq korporativ istiqrazları yerləşdirilib. 2021-ci ilin ilk altı ayında nominal dəyəri 529,8 milyon manat olan dövlət istiqrazları, 137,9 milyon manatlıq Mərkəzi Bankın notları, 92,3 milyon manatlıq korporativ istiqrazları və 16,3 milyon manatlıq səhmlər tədavüldə olub.