Sumqayıt Kimya Sənaye Parkının rezidentinin ixrac istiqamətləri genişlənir

2021.08.18 18:19 (UTC+04:00)

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azerfloat” QSC istehsal etdiyi məhsulların ixrac coğrafiyasını genişləndirir. Belə ki, QSC ilk dəfə olaraq İsrail və İspaniyaya ağ şəffaf şüşə vərəqələrin ixracına başlayıb.

Bundan əvvəl “Azerfloat” QSC Türkiyə, Rusiya, Polşa, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Ukraynaya məhsul ixrac edib.

Qeyd edək ki, “Azerfloat” QSC Sumqayıt Kimya Sənaye Parkının ərazisində Almaniya texnologiyası əsasında müxtəlif çeşiddə, yüksək keyfiyyətli rəngli və şəffaf şüşə vərəqələrin istehsalını həyata keçirir. QSC-nin vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir.